Qaynar xətt:

(+99450) 247 90 86

Siyahıda Azərbaycan da var - FOTO 

DÜNYA

173

03.04.2025, 09:50

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var.

Belə ki, ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib.

Həmçinin Tramp yeni tətbiq edilən rüsumlarla əlaqədar ABŞ-də aprelin 2-ni "Qurtuluş günü" elan edib.

Qeyd edək ki, ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.

Məqaləyə dair fotomateriallar: